
Bakı. Trend:
“Səbail”in qış hazırlıq planı məlum olub.
Trend xəbər verir ki, Adil
Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına yanvarın
6-da başlayacaq.
Məşqlər “ASCO Arena”da keçiriləcək. “Səbail” hazırlıq mərhələsi
çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Hazırlıq matçlarındakı rəqiblər barəsində klubun rəsmi saytında
və sosial media ünvanlarında məlumat veriləcək.


