
Bakı. Trend:
ABŞ-də hüquq mühafizə orqanları ölkənin vitse-prezidenti Cey Di
Vensin Sinsinnati şəhərindəki (Ohayo ştatı) evi qarşısında şübhəli
hərəkətlər edən şəxsi saxlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, ölkə rəhbərliyinin təhlükəsizliyinə
cavabdeh olan Məxfi Xidmətin əməkdaşı, vitse-prezidentin evindən
çıxaraq qaçmağa başlayan şəxs barədə polisi məlumatlandırıb.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

