Keçən ilin son ayında 25 aptekdə yoxlama aparılıb

Baş səhifə
Keçən ilin son ayında 25 aptekdə yoxlama aparılıb

Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ümumilikdə 25 aptekdə yoxlama keçirib.

Mərkəzdən “Report”a verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

Yoxlama nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.