Bu il neft-qaz gəlirlərində SOCAR, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli”nin payı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu il neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1
faizini və ya 12 milyard 835 milyon manatını Azərbaycan
Respublikası Dövlət Neft Fondundan transfert, 21,9 faizini və ya 3
milyard 600 milyon manatını vergi orqanlarının xətti ilə neft-qaz
sektorundan daxilolmalar təşkil edir.

Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, vergi orqanlarının xətti ilə
neft-qaz sektoru üzrə daxilolmaların 1 milyard 700 milyon manatı
SOCAR üzrə büdcə ödənişlərinin, 300 milyon manatı
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisinin və 1
milyard 600 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi üzrə
mənfəət vergisinin payına düşəcək.

Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38
milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin
proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz çoxdur.
Dövlət büdcəsi gəlirləri ÜDM-in 28.8%-i həcmində olacaq.




2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 16
milyard 435 milyon manatı neft-qaz sektorunun, 22 milyard 174
milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə
neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert
daxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10,2 faiz az,
qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manat
və ya 10,6 faiz çox olacaq.