Tramp Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı iddiaları şərh edib

Baş səhifə

Bakı. Trend:

ABŞ hökuməti Ukraynanın Rusiya Prezidenti Vladimir Putinə məxsus
iqamətgahı hədəfə almadığını müəyyən edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp
jurnalistlərə açıqlamsında danışıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən həftə bəyan
etmişdi ki, Ukrayna Rusiyanın şimal-qərbində yerləşən Novqorod
vilayətində Putinin dövlət iqamətgahına qarşı PUA-larla hücum
həyata keçirib və Rusiya hava hücumundan müdafiə sistemləri bu
hücumu dəf etməyə müvəffəq olub. Ukrayna lideri Volodimir Zelenski
Kreml tərəfindən irəli sürülən ittihamı dərhal təkzib etmişdi.




Tramp bildirib ki, Putinin iqamətgahının yaxınlığında “hər hansı
hadisə baş verib”, lakin ABŞ rəsmiləri Rusiya prezidentinin
iqamətgahının birbaşa hədəf alındığını təsdiqləyən dəlillər aşkar
etməyiblər.

“Bu zərbənin baş verdiyinə inanmıram. Araşdırma aparmaq
imkanımız olduqdan sonra bunun baş verdiyinə inanmadığımız
qənaətinə gəldik”,- deyə Tramp bazar günü Floridadakı evindən
Vaşinqtona qayıdarkən jurnalistlərə deyib.