ABŞ Venesuelada neft hasilatını artırmağa daha çox diqqət yetirir – Tramp

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası hazırkı mərhələdə ölkədə seçkilərin
keçirilməsindən daha çox Venesuelanın neft infrastrukturunun
yenidən qurulmasına diqqət yetirir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
bildirib.




“Düşünürəm ki, ilk növbədə onu düzəltməyə, hazırlamağa
çalışırıq, çünki bu, orada qarışıqlıq var. Ölkədə qarışıqlıqdır,
ölkə bərbad dərəcədə idarə olunub”, – deyə o bildirib.

“Neft burada çox az miqdarda hasil olunur”, – deyə D.Tramp əlavə
edib.