
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb.
Modern.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
– Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
– Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Koroğlu” metro stansiyası istiqamətində;
– Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
– Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
– Zərifə Əliyeva küçəsində;
– Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;
– Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
– Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
– Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
– İstiqlaliyyət küçəsi, “Sabir” parkının qarşısında;
– Yusif Səfərov küçəsi, mərkəz istiqamətində.


