
Bakı. Trend:
Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr həcmində təbii
qaz tədarükünə dair yeni saziş imzalanıb.
Trend xəbər verir
ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan
Bayraktar açıqlayıb.
Nazirin sözlərinə görə, Xəzər dənizindəki Abşeron yatağından hər
il 2,25 milyard kubmetr olmaqla 15 il müddətində qaz tədarükü
həyata keçiriləcək. Saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı
illərə qədər davam edəcək.
Təbii qaz Bakı–Tbilisi–Ərzurum boru kəməri vasitəsilə mövcud
infrastrukturdan istifadə edilməklə Türkiyəyə çatdırılacaq.

