Bakı. Trend:
Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA
çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına
başlanılır.
Trend xəbər verir
ki, bu barədə “Defence Express” nəşri məlumat yayıb.
Layihə Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində
15 milyon avro maliyyə dəstəyi alıb.
Yeni FMLA təyyarəsi birbaşa atəş dəstəyi, dronların qarşısının
alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini kimi
hərbi funksiyaları yerinə yetirə biləcək. Təyyarənin
axtarış-xilasetmə işləri və digər mülki missiyalar üçün adaptasiya
olunma imkanı da nəzərdə tutulub.
FMLA turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7,5
tona qədər olacaq və uzunluğu 450 metrdən az olmayan zolaqlardan
qısa uçuş və eniş icra edə biləcək.
Yeni təyyarənin tədarükü hələlik 2035-2040-cı illərə
planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün
uzunmüddətli təşəbbüsə çevirir.

