Bakı. Trend:
Şimali Koreya yanvarın 4-ü səhər saatlarında ilin ilk raket
sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib.
Trend xəbər verir
ki, bu barədə “Yonhap” agentliyin məlumat yayıb.
Bu, son iki ay ərzində qeydə alınan ilk raket aktivliyidir.
Qeyd olunur ki, raketlər Yaponiyanın müstəsna iqtisadi
zonasından kənara düşüb. Yaponiyanın Baş naziri Sanae Takaiçi
müvafiq qurumlara insidentlə bağlı bütün məlumatları operativ
şəkildə toplamaq və əhalini məlumatlandırmaq tapşırığı verib.
Sınaqlar Cənubi Koreyada da qeydə alınıb. Birləşmiş Qərargah
Rəisləri Komitəsinin məlumatına görə, raketlər Pxenyan
yaxınlığından buraxılıb, təxminən 900 kilometr məsafə qət edərək
Yapon dənizi akvatoriyasına düşüb.

