
Bakı. Trend:
ABŞ-nin “Starlink” şirkəti Venesuelada bir ay müddətinə pulsuz
internet xidməti təqdim edəcək.
Trend xəbər verir
ki, bu barədə şirkətin X sosial şəbəkəsində yayımlanan rəsmi
məlumatında bildirilib.
Məlumata görə, “Starlink” fevralın 3-dək Venesuela xalqına
genişzolaqlı internetə ödənişsiz çıxış imkanı yaradacaq. Şirkət bu
addımın ölkədə mövcud vəziyyətdə əhalinin rabitə imkanlarının
dəstəklənməsinə xidmət etdiyini qeyd edib.


