Yordi Paulina “Borussiya Dortmund”dan ayrılıb

Baş səhifə

Bakı. Trend:

“Borussiya Dortmund”un futbolçusu Yordi Paulina klubdan
ayrılıb.

Trend xəbər verir
ki, “Fortuna” klubu Kürasao millisinin üzvünü transfer etdiyini
açıqlayıb. Tərəflər arasında imzalanan müqavilə 2030-cu ilin yayına
qədər qüvvədə olacaq.




İnsayder Florian Plettenberqin məlumatına görə, Dortmund klubu
bu keçiddən 400 min avro gəlir əldə edib. Bundan əlavə, alman klubu
futbolçunu geri almaq hüququnu və gələcəkdə baş tutacaq mümkün
satışdan əldə olunacaq məbləğin 50 faizini özündə saxlayıb.

Qeyd edək ki, Yordi Paulina Bundesliqada meydana çıxmayıb, lakin
Almaniya Kubokunda bir oyunda iştirak edib.