Bakı. Trend:
Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötən
il 32 faiz azalıb.
Trend “Bild”
qəzetinə istinadla xəbər verir ki, ötən il 168 543 sığınacaq
müraciəti qeydə alınıb. Bu sahədə 2024-cü illə müqayisədə 82 mindən
çox azalma müşahidə edilib. 2023-cü ildə isə sığınacaq
müraciətlərinin sayı 351 mindən çox olub.
Azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsi, o cümlədən
sərhədlərdə geri göndərmələrin sayının artırılması, ailə
birləşməsinin müvəqqəti dayandırılması və digər tədbirlər səbəb
olub.
Almaniyada sığınacaq üçün müraciət edənlər arasında ilk
sıralarda Əfqanıstan (59 200), Suriya (23 100) və Türkiyə (13 800)
vətəndaşları yer alıblar.

