“Mançester Yunayted”in futbolçusu “Napoli”yə keçə bilər

Baş səhifə

Bakı. Trend:

Kobbi Mayno bu qış “Napoli”yə transfer oluna bilər.

Trend “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya
çempionları “Mançester Yunayted”in yarımmüdafiəçisinə marağı
qoruyub saxlayır. 20 yaşlı ingilis futbolçu prioritet hədəf hesab
olunur.




Lakin neapolluların Maynonu transfer etmək üçün maliyyə
imkanları yalnız Noa Lanqın komandadan ayrılması halında yaranacaq.
Vinger “Qalatasaray”ın maraq dairəsindədir.