
Vale polisi İsveçrənin Kran-Montana kurortunda barda baş vermiş yanğında ölənlərin daha 4 nəfərinin şəxsiyyətini müəyyənləşdirib və bununla da kimliyi məlum olanların ümumi sayı 8-ə çatıb, onların hamısı konfederasiya vətəndaşlarıdır.
“Report”un xəbərinə görə, bu barədə Vale Kantonu Prokurorluğuna istinadən Keystone-SDA agentliyi məlumat yayıb.
Ölənlər arasında 18-24 yaşlarında olan digər iki qız və iki oğlan da var. Onların cəsədləri ailələrinə təhvil verilib. İdentifikasiya işləri isə davam edir.
Qeyd edək ki, cari ilin yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzində yerləşən məşhur Kran-Montana xizək kurortunun barında yanğın baş verib. Yanvarın 2-də polis 40 nəfərin öldüyünü və 119 nəfərin yaralandığını bildirib. Prokurorluq adam öldürmə maddəsi ilə ittiham olunan müəssisənin iki sahibinə qarşı cinayət işi açıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


