Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumu və
prezident Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirilməsi ilə
bağlı açıqlama yayıb.
Trend Türkiyə
mediasına istinadən xəbər verir ki, açıqlamada deyilir:
“Hadisələri yaxından izləyirik. Türkiyə, Venesuelanın
sabitliyinə və Venesuela xalqının əmin-amanlığına xüsusi önəm
verir.
Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik baxımından
mənfi nəticələr doğurmaması üçün bütün tərəfləri təmkinli olmağa
çağırırıq. Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində
həllinə yönəlmiş bütün konstruktiv təşəbbüslərə töhfə verməyə
hazırıq”.

