
Güclü qar səbəbindən elektrik dirəklərinin aşması nəticəsində Ermənistanda yeddi şəhər və 50-dən çox kənd elektrik enerjisiz qalıb.
APA xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.
“Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin açıqlamasına görə, həmin yaşayış məntəqələrində elektrik enerjisi bərpası üçün işlər aparılır.


