Pakistan XİN başçısı Pekinə yola düşüb

Baş səhifə
Pakistan XİN başçısı Pekinə yola düşüb

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Pakistan və Çin Xarici İşlər nazirliklərinin 7-ci strateji dialoquna Çinin xarici işlər naziri Van İ ilə birgə sədrlik etmək üçün Pekinə yola düşüb.

“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat verilib.

Məlumata görə, İshaq Dar 2026-cı ildə Çinə səfər edən ilk yüksək vəzifəli əcnəbi olacaq.

“Yanvarın 4-də baş tutacaq dialoq çərçivəsində tərəflər birgə əməkdaşlığın bütün spektrini nəzərdən keçirəcək, tərəfdaşlığın yeni istiqamətlərini müəyyən edəcək, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”, – məlumatda deyilib.