ABŞ-də helikopter qəzası: pilot və 3 sərnişinin meyiti aşkarlanıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Arizona ştatında dağlıq ərazidə baş vermiş helikopter
qəzasında 4 nəfərin həlak olmağı təsdiqlənib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qəza yerində aparılan xilasetmə-axtarış
tədbirlərindən sonra dağıntılar arasında 59 yaşlı pilot və 3
sərnişinin meyiti aşkarlanıb. Qurbanlar eyni ailənin qadın
üzvləridir, ikisi 21, biri 22 yaşında olub.

İlkin versiyaya görə, özəl şirkətə aid helikopter ekstrimal
əyləncələr üçün nəzərdə tutulan trosa ilişərək qəza edib.

Hadisə ilə bağlı araşdırma davam edir.

xxx




03:40

ABŞ-nin Finiks şəhəri yaxınlığındakı dağlarda özəl helikopter
qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə “ABC News” televiziya kanalı
xəbər verib.

Məlumata əsasən, hadisə 2 yanvar tarixində yerli vaxtla təxminən
saat 11:00-da baş verib. Təyyarədə dörd nəfər olub, lakin onların
vəziyyəti barədə məlumat yoxdur. Təcili yardım xidmətləri qəza
yerinə çatmağa çalışır.

İstintaqla ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məşğul
olacaq.