“SpaceX” raketi İtaliyanın ikili təyinatlı peykini orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Falcon 9” raketi İtaliyanın “COSMO-SkyMed (CSG-3)”
ikinci nəsil radar müşahidə peykini elmi və hərbi məqsədlər üçün
orbitə uğurla çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkəti xəbər verib.

“COSMO-SkyMed peykinin buraxılışı təsdiqlənib”, – deyə
bildirilib.




Məlumata əsasən, raket Kaliforniyadakı Vandenberq Hərbi Hava
Qüvvələri Bazasındakı SLC-4E buraxılış kompleksindən cümə günü
Sakit Okean vaxtı ilə saat 18:09-da buraxılıb.

Peyk altı oxşar kosmik cihazdan ibarət qrupuna əlavə olunub.
Peyk Aralıq dənizində gəmilərin izlənməsi, fəlakətlərin aradan
qaldırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin
kəşfiyyatı, kənd təsərrüfatının idarə edilməsi, iqlim tədqiqatları,
müdafiə və təhlükəsizlik üçün nəzərdə tutulub.