KİV: Almaniyada bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb

Baş səhifə
KİV: Almaniyada bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb

Almaniyanın Gelzenkirxen (Şimali Reyn-Vestfaliya) şəhərindəki “Sparkasse” bankından naməlum şəxslər tərəfindən oğurlanan qiymətli əşyaların ümumi dəyəri 100 milyon avrodan çoxdur.

“Report”un məlumatına görə, bu barədə “Bild” qəzeti mənbələrinə istinadən xəbər yayıb.

Zərər əvvəlcə təxminən 30 milyon avro qiymətləndirilib. “Sparkasse”nin filialı Milad tətili üçün bağlanıb. İlkin məlumatlara görə, oğrular yaxınlıqdakı dayanacaqdan binaya daxil olaraq divarda böyük dəlik açıblar. İçəridə təxminən 3 200 seyf qutusunu açıblar, qızıl da daxil olmaqla, içindəkiləri oğurlayıblar və qaçıblar. Soyğunçuluq hadisəsi 29 dekabr səhəri aşkar edilib.

Qəzetin məlumatına görə, 2 500-dən çox əmanətçi zərər çəkib. Zərərin miqyasına görə, bu, Almaniya tarixindəki ən böyük soyğunçuluq hadisələrindən biridir.