ABŞ Polşadakı hərbi bazalar üçün 500 milyon dollar ayıracaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500
milyon dollar ayıracaq.

Trend-in
məlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari
Tomçik deyib.




“ABŞ hökuməti Polşadakı dörd baza – Dravsko-Pomorski, Povidz,
Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını
təsdiqləyib”, – deyə nazir müavini “X” sosial şəbəkəsində
yazıb.

Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki ABŞ hərbi
obyektlərinə hər il 250 milyon dollar xərcləməyi öhdəsinə
götürüb.