Gəncədə doqquzmərtəbəli binada yanğın olub

Baş səhifə

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki sözü gedən ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.