Yaponiyanın Baş naziri Trampın yazda ABŞ-yə səfər dəvətini qəbul edib

Baş səhifə
Yaponiyanın Baş naziri Trampın yazda ABŞ-yə səfər dəvətini qəbul edib

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampın 2026-cı ilin yazında Birləşmiş Ştatlara səfər dəvətini qəbul edib.

“Report”un “Kyodo” agentliyinə istinadən məlumatına görə, Takaiçi yanvarın 2-də Trampla telefon danışığı aparıb, o, danışıq zamanı ABŞ-yə səfər dəvətini qəbul etdiyini bildirib.

Baş nazir həmçinin qeyd edib ki, iki lider danışıq zamanı ölkələr arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.