Tovuza yağan güclü qar fəsadlara yol açıb.
APA-nın yerli bürosunun məlumatına görə, Tovuz-Böyük Qışlar kənd avtomobil yolunun əksər hissələrinin buzlu və keçilməz olması hərəkətə çətinlik yaradıb.
Ərazi dağlıq olduğundan yenidən qarın yağacağı istisna edilmir.

