Səudiyyə Ərəbistanı hərbi qüvvələri Oman dənizinə yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri nəzarət və
qaçaqmalçılığa qarşı mübarizə məqsədilə Oman dənizinə
yerləşdirilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı
rəhbərliyindəki Ərəb Koalisiyasının sözçüsü Törki əl-Maliki, “X”
sosial şəbəkə platformasında paylaşım edib.




O, Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin, nəzarət və
qaçaqmalçılığa qarşı mübarizə məqsədilə Yəmənin cənubunda yerləşən
Oman dənizində yerləşmə işlərini tamamladığı bildirilib.