
Bakı. Trend:
“PSJ”nin qış transfer dövrü ilə bağlı planları barədə məlumat
yayılıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi hazırkı heyət
seçimindən tam razıdır. Buna görə də yanvar ayında transferlərin
həyata keçirilməsi ehtimalı azdır.
Parislilər artıq yay transfer pəncərəsinin təməlini qoyurlar.
Klubun maraq dairəsinə “Benfika”nın 17 yaşlı istedadları – hücumçu
Anisiu Kabral və yarımmüdafiəçi Rafael Kintas daxil olub. Hər iki
futbolçu yayda Fransa çempionunun heyətinə qoşula bilər.
Lakin “PSJ”ni ciddi rəqabət gözləyir. “Mançester Yunayted” və
“Mançester Siti” də portuqaliyalıları yaxından izləyir.


