İranın raket gücü nə müharibə ilə, nə də danışıqlarla məhv edilə bilər – Müdafiə naziri

Baş səhifə

Bakı. Trend:

Raket gücümüz nə müharibə ilə, nə də danışıqlarla məhv edilə
bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz
Nəsirzadə ölkəsinin dövlət televiziyasına açıqlamasında deyib.




Nazir vurğulayıb ki, İranda heç kim raketlərlə bağlı məsələlərdə
danışıqları dəstəkləmir.

Bildirilib ki, İranın ballistik raket proqramı, ölkənin milli
təhlükəsizlik quruluşunun və regional güc strateqiyasının ən
kritik, ən dinamik və beynəlxalq alanda ən çox müzakirə edilən
tərkib hissələrindən birini təşkil edir.