
Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edir.
Bu barədə Trend-ə Dövlət Dəniz və Liman Agentliyinin
İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında
müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir
25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m.
çatacağı proqnozlaşdırılır.


