Bakı. Trend:
“Mançester Siti”nin qolkiperi Stefan Orteqa karyerasını
Almaniyada davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qapıçı “Bayer”in transfer
siyahısındadır.
“Şəhərlilər”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər
olan alman daha çox oynamaq şansı qazanmaq üçün “Leverkuzen”
klubuna keçidə müsbət yanaşır.
O, karyerası ərzində “1860 Münhen” klubunda da forma geyinmiş
Orteqa 2022-ci ildə “Arminiya”dan (Bilefeld) “Mançester Siti”yə
keçib.

