Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 9 mini ötüb

Baş səhifə

Bakı. Trend:

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 808
borcalana 3,757 milyard manat kredit verib.

Trend xəbər
verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.




Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 687,188 milyon
manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 9 070 mənzil
isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit
Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və
onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına
uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi
və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı
likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət
göstərir.