“Qırmızı bülleten”lə axtarılan 40 cinayətkar Türkiyəyə gətirilib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq axtarışda olan 40 nəfər Türkiyəyə gətirilib.

Trend Tükiyə
KİV-ə istinadən xəbər verir ki, bu şəxslər müxtəlif cinayətlərə
görə “qırmızı bülleten”lə axtarışda olan şübhəlilərdir.

Onlar Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə,
Monteneqro, Rusiya və Yunanıstandan ekstradisiya olunublar.




Məlumata görə, ekstradisiya olunan şəxslər arasında ağır
cinayətlərdə ittiham olunanlar da var və onlar barəsində qanuni
tədbirlər davam etdiriləcək.

Rəsmi qurumlar prosesin davam etdiyini, ölkə daxilində və
xaricində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyini
vurğulayıb.