Bakı. Trend:
Entso Mareskanın istefasından sonra “Porto”nun baş məşqçisi
Françesko Farioli “Çelsi”nin baş məşqçisi vəzifəsinə namizədlər
arasındadır.
Trend xəbər verir
ki, bu barədə BBC məlumat yayıb.
36 yaşlı italyan mütəxəssis 2025-ci ilin yayından bəri “Porto”ya
rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Portuqaliya
liqasında birinci yerdədir və ikinci sırada olan “Sportinq”dən beş
xal irəlidədir.
Qeyd olunur ki, Farioli əvvəllər həmçinin “Ayaks” və “Nitsa”
klublarını da çalışdırıb.

