Goranboyda avtomobil aşıb, iki nəfər ölüb

Baş səhifə
Goranboyda avtomobil aşıb, iki nəfər ölüb

Goranboy rayonunda avtomobilin aşması nəticəsində iki nəfər ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

“LADA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Xəstəxanaya çatdırılan yaralılardan biri də müdaxilələrə baxmayaraq, orada keçinib.

Faktla bağlı araşdırma aparılır.