FCSB “Qarabağ”la yoxlama oyunundan imtina edib

Baş səhifə

Bakı. Trend:

Rumıniyanın FCSB klubu qış hazırlıq toplanışı çərçivəsində
“Qarabağ”la yoxlama oyunu keçirməkdən imtina edib.

Trend-in
məlumatına görə, Türkiyədə keçiriləcək təlim-məşq toplanışında FCSB
yalnız bir yoxlama matçı – yanvarın 16-da “Beşiktaş”la – keçirməyi
planlaşdırıb.




Komandanın meneceri Mihay Stoyka “Prima Sport”a açıqlamasında
“Qarabağ”dan oyun təklifi aldıqlarını təsdiqləyib:
“Qarabağ bu gün bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi
soruşdu, amma onlar oyun əhval-ruhiyyəmizi aşağı sala bilərlər.
Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz 16-da
oynayırıq. ‘Beşiktaş’la ‘Gloria Sports Arena’da oynayacağıq. Bu,
ilk dəfə deyil; əvvəllər onlarla məşq bazası paylaşmaq şərəfinə
nail olmuşuq. Türklərin orada etdikləri möhtəşəm bir şeydir”, –
Stoyka deyib.

Qeyd edək ki, “Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin
Antalya şəhərində təlim-məşq toplanışında olacaq.