İtaliyada Yeni il gecəsi pirotexniki partlayışlar nəticəsində 1 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

İtaliyada dekabrın 31-dən yanvarın 1-nə keçən gecə pirotexniki
vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə
yaralanıb.

Trend xəbər verir
ki, bu barədə statistikanı İtaliyanın Daxili İşlər Nazirliyi (DİN)
açıqlayıb.

Məlumata görə, 2026-cı ildə baş verən bu cür insidentlər
nəticəsində 54 nəfər ağır xəsarətlərlə xəstəxanaya
yerləşdirilib.




Ölüm hadisəsi Romada qeydə alınıb. Belə ki, paytaxtda 63 yaşlı
kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində
həyatını itirib.

Yaralananlar arasında 68 yetkinlik yaşına çatmayan şəxs də var.
DİN-in məlumatına əsasən, Yeni il gecəsi nizamsız atəş açmaq
ənənəsinin yayıldığı Kazerta şəhərində 9 yaşlı uşaq əlindən güllə
yarası alıb.