Bakı. Trend:
Futbol üzrə Qabon millisinin texniki heyətinin bütün üzvləri ilə
müqavilələrə xitam verilib, yığmanın fəaliyyəti müddətsiz
dayandırılıb.
Trend xəbər verir
ki, bu qərar komandanın Mərakeşin ev sahibliyi etdiyi Afrika
Millətlər Kubokunda uğursuz çıxışı ilə əlaqədar qəbul edilib.
Turnir çərçivəsində keçirdiyi bütün oyunlarda məğlub olan Qabon
yığması Afrika Millətlər Kuboku ilə erkən vidalaşıb. Bunun ardınca
Qabon hökuməti tərəfindən sərt tədbirlər görülüb.
Rəsmi məlumata əsasən, hökumətin qərarı ilə futbolçular Bruno
Ekuele Manqa və Pyer-Emerik Obameyanqın milli komandada çıxış
etməsi qadağan olunub.

