Neymarın gələcəyi bəlli oldu

Baş səhifə

Bakı. Trend:

“Santos” klubla müqaviləsi başa çatan Neymarla anlaşa bilib.

Trend xəbər verir ki, “ağ-qaralar” braziliyalı vingerlə yeni müqavilə imzalayıb. Bu
barədə insayder Fabritsio Romano məlumat yayıb.




Neymarla bağlanan sözləşmənin müddəti 2026-cı ilin 31 dekabr
tarixinə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Neymar 2025-ci ilin yanvar ayında “Əl-Hilal”dan
ayrıldıqdan sonra azad agent statusu ilə “Santos”a keçib. 33 yaşlı
futbolçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana
çıxdığı 28 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda
qalıb.