İsveçrənin tanınmış xizək mərkəzində partlayış baş verib, ölənlər var

Baş səhifə

Bakı. Trend:

İsveçrənin Vallis kantonunda yerləşən məşhur Krans-Montana xizək
mərkəzində partlayış nəticəsində onlarla insan həlak olub, çox
sayda şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Trend xəbər verir ki, hadisə
yanvarın 1-də səhər saatlarında “Constellation Bar” adlı məkanda
baş verib. Polisin yaydığı məlumata görə, səbəbi hələ məlum olmayan
partlayış nəticəsində güclü yanğın başlayıb. Yüzdən artıq insanın
Yeni ili bayram etdiyi məkanda baş vermiş hadisə ilə əlaqədar
xilasetmə xidmətləri və helikopterlər əraziyə cəlb olunub,
yaxınları barədə məlumat almaq istəyənlər üçün qaynar xətt
yaradılıb.




İsveçrənin ən tanınmış dağ-xizək mərkəzləri sırasında yer alan
Krans-Montanaya qış mövsümündə hər il çox sayda turist axın edir.
Buna görə də baş vermiş hadisə yerli və xarici mətbuatın diqqət
mərkəzindədir.

Günorta saatlarında polis və digər orqanlar hadisə ilə bağlı
geniş mətbuat konfransı keçirəcəklər.