“Santos”un hücumçusu Neymarla yeni müqavilə imzalayıb

Baş səhifə

“Santos”un ulduz hücumçusu Neymarla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 33 yaşlı vinger 2026-cı ilin dekabrına kimi Braziliya təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində 29 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.