“Qarpız” yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə “qarpız” yükünün
içərisində aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük
İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit
keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat
vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən
yük əsaslı yoxlamaya cəlb edilib.




Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş,
xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar
edilib.

Faktla bağlı araşdırma aparılır.