Fransa hökuməti məktəblərdə mobil telefonu qadağan etmək istəyir

Baş səhifə

Bakı. Trend:

Fransa hökuməti növbəti tədris ilindən etibarən məktəblərdə
mobil telefonu qadağan etmək istəyir.

Trend-in
məlumatına görə, bu barədə qanun layihəsini Fransa Parlamenti
yanvar ayında müzakirə edəcək.

2 maddədən ibarət qanun layihəsi həmçinin, 15 yaşdan aşağı
uşaqların sosial şəbəkədən istifadəsini qadağan etməyi də nəzərdə
tutur.




Hökumətin yaydığı sənəddə göstərilir ki, uşaqların mobil
telefondan ifrat istifadəsinin zərəri müxtəlif tədqiqatlarla sübut
edilib.

2018-ci ildə qəbul edilmiş qanun bağça uşaqlarının mobil
vasitələrdən istifadəsini qadağan edirdi.

Yeni qanun qəbul ediləcəyi təqdirdə sentyabrın 1-də qüvvəyə
minəcək.