Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yeni ildə dünyada sülhün bərqərar
olunması üçün səy göstərmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə D.Tramp 31 dekabr axşamı
Vest Palm Biç (Florida ştatı) yaxınlığındakı “Mar-a-Laqo”
malikanəsində keçirilən qəbulun əvvəlində jurnalistlərə
bildirib.
Yeni ildən əvvəl özünə verdiyi hər hansı bir vəd olub-olmadığı
soruşulduqda, Vaşinqton administrasiyasının rəhbəri belə cavab
verib: “Bəli, var. Yer üzündə sülhün olması”.
Tramp ABŞ-nin Ukraynaya qoşun göndərməyə hazır olub-olmadığı və
ya MKİ-nin Venesuelaya hücumda rolu ilə bağlı sualları
cavablandırmadı. O, sadəcə gülümsəyərək jurnalistlərə “Təşəkkür
edirəm” dedi.

