Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubunun braziliyalı sabiq futbolçusu
Roberto Karlos ürək tutması səbəbilə xəstəxanaya yerləşdirilib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.
Məlumata əsasən, veteran oyunçunun səhhətinin hazırda stabil
olduğu, həyati təhlükəsinin olmadığı bildirilib. Həkimlərin
qərarına əsasən, o, bir müddət tibbi nəzarət altında
saxlanılacaq.
Roberto Karlos futbol karyerası ərzində İtaliyanın “İnter” və
İspaniyanın “Real Madrid” kimi tanınmış komandalarında çıxış edib,
Braziliya millisinin heyətində mühüm uğurlara imza atıb.

