ABŞ Sakit Okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum etdiyini bildirib.

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanın şərqindəki beynəlxalq sularda narkotik
kartelləri tərəfindən istifadə edildiyi iddia edilən üç gəmiyə
zərbə endirib.

Trend–in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı
xəbər verib.




Məlumata əsasən, hücum nəticəsində üç nəfər həlak olub.

“Kəşfiyyat xidmdəti gəmilərin Şərqi Sakit Okeanda narkotik
qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik maddələrin
daşındığını təsdiqləyib”, – deyə komandalığın “X” sosial
şəbəkəsində bildirilib.