Suriyada terror aktı törədilib, bir nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Suriyanın qərbində, Hələb şəhərinin mərkəzində törədilən terror
aktı nəticəsində bir polis əməkdaşı həlak olub, bir neçə nəfər
yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “SANA” agentliyi xəbər
verib.




Məlumata əsasən, partlayış intiharçı terrorçu tərəfindən
törədilib. O, şəhərin mərkəzi rayonunda polis patrulunu hədəf
alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb və ərazi təhlükəsizlik
qüvvələri tərəfindən mühasirəyə alınıb.