
Bakı. Trend:
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə bayram tədbiri keçirilib.
Trend xəbər verir
ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon
ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram
əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin
gücləndirilməsinə xidmət edib.
Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində Yeni il
ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim
ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyində
uşaqlar böyük sevinc yaşayıblar. Tədbirdə iştirak edə bilməyən
uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara
bayram hədiyyələri çatdırılıb.


