Bakı şəhərində vətəndaş 5 metr dərinlikdə quyudan xilas edilib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində vətəndaşın
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.




Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1960-cı
il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu təqribən 5 metr
dərinlikdəki quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri
alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə Q.Yarıyevi quyudan
çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.