Bakı. Trend:
“Walt Disney” şirkəti “Uşaqların Məxfiliyinin Qorunması
Qanunu”nu pozduğu iddialarını həll etmək üçün 10 milyon dollar
cərimə ödəməyə razılaşıb.
Trend “New York
Post” qəzetinə istinadən xəbər verir ki, “Disney Worldwide Services
Inc.” və “Disney Entertainment Operations” MMC şirkətlərinin
iştirakı ilə aparılan iş üzrə federal məhkəmənin qərarı “Disney”
şirkətinin “YouTube” platformasında Uşaqların Onlayn Məxfiliyinin
Qorunması Qanununu pozan formada fəaliyyət göstərməsini qadağan
edir.
Sərəncama əsasən, “Disney” gələcəkdə “YouTube”un məxfilik
tələblərinə düzgün şəkildə riayət olunmasını təmin etmək üçün
xüsusi uyğunluq proqramı hazırlamalıdır.
Qeyd edək ki, sözügedən qanun 13 yaşdan kiçik uşaqlara yönəlmiş
veb-saytlar, tətbiqlər və digər onlayn xidmətlərin valideynləri
topladıqları şəxsi məlumatlar barədə məlumatlandırmasını, həmçinin
bu məlumatların toplanması üçün təsdiqlənə bilən valideyn
razılığının alınmasını tələb edir.

