Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb

Baş səhifə
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.5 nəfər xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.